Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Qələbəyə aparan  ilk gün” adlı tədbir keçirilib.

26.09.2025

Sentyabrın 26-da Ağstafa rayon Heydər Əliyev Mərkəzini və Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 27 Sentyabr– Anım Gününə həsr olunmuş "Qələbəyə aparan  ilk gün" adlı tədbir keçirilib.

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və Ağstafa rayon  Mərkəzi Kitabxana  sisteminin əməkdaşları, Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon təşkilatının sədri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükut və ehtiramla yad ediblər. 

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova  bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni bir səhifə açdı. Həmin gün başlayan Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun gücünü, şəhid və qazilərimizin qəhrəmanlığını bütün dünyaya göstərdi.
Onlar bu torpaq uğrunda, Qarabağın azadlığı uğrunda canlarından keçdilər və bizə Qələbə bəxş etdilər.
44 gün davam edən müharibə təkcə torpaqlarımızı azad etmədi, həm də xalqımızın azadlıq və ədalət uğrunda mübarizədə necə əzmkarlıq göstərdiyini bir daha sübut etdi. Bizim borcumuz şəhidlərimizin xatirəsini daim yaşatmaq, qazandığımız bu Qələbəni qorumaq və onu gələcək nəsillərə ötürməkdir.
Çıxış edən digər natiqlər Əfqanıstan Veteranlar İctimai birliyinin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysu Hacızadə, Mərkəzi Kitabxana sisteminin 2 saylı kitabxana filialının müdiri Leyla Bayramova  mövzu ətrafında geniş çıxış edərək bildiriblər ki, Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.